Məşhur repçi İspaniyada qarət olunub
Şou-biznes
- 10 avqust, 2018
- 02:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 avqust. REPORT.AZ/ İspaniyada "Despacito" hitinin ifaçılarından biri olan və "Daddy Yankee" ləqəbi ilə tanınan repçi Ramon Luis Ayyal Rodriqesin təqribən 2 milyon avro dəyəri olan bəzək dəsti oğurlanıb.
"Report" "Las Provincias" nəşrinə istinadən xəbər verir ki, hadisə Valensiya şəhərindəki mehmanxanalardan birində baş verib.
Özünü Rodriqesə otelin əməkdaşı kimi təqdim edən oğru ondan zinət əşyalarının saxlandığı seyfi açmağı xahiş edib.
Qeyd olunur ki, artistin otağından həmçinin 2,5 min dollar nağd pul da yoxa çıxıb.
Cani özünü şübhələndirmədən otel binasını tərk edib və oradan uzaqlaşıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.
Son xəbərlər
10:17
Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib
Hadisə
10:15
Foto
DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
Hadisə
10:04
Bakıda oktyabrda avtobusla 54 milyona yaxın sərnişin daşınıb
İnfrastruktur
10:01
Foto
Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib
Hərbi
10:00
Foto
Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir
Daxili siyasət
09:57
Foto
Macarıstan "ASAN xidmət"in könüllülük konsepsiyasını öyrənmək istəyir
Xarici siyasət
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika
09:47
Foto
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb - Faktiki hava
Ekologiya
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə