"Mançester arena"da konsert verən Ariana Qrande partlayış zamanı xəsarət almayıb

Şou-biznes
  • 23 may, 2017
  • 00:04
Mançester arenada konsert verən Ariana Qrande partlayış zamanı xəsarət almayıb

Bakı. 23 may. REPORT.AZ/ Amerikalı müğənni və aktrisa Ariana Qrande "Mançester arena"da konsert zamanı baş verən partlayış nəticəsində xəsarət almayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ifaçının rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Ariana qaydasındadır. Biz baş verənlərlə bağlı araşdırmamızı davam etdiririk", - deyə Qrandenin mətbuat katibi bildirib.