Türkiyənin məşhur müğənnisi Kayahan dəfn olunub
Şou-biznes
- 04 aprel, 2015
- 09:53
Bakı. 4 aprel. REPORT.AZ/ Ötən gün dünyasını dəyişən Türk musiqisinin böyük sənətkarı, bəstəkar, müğənni Kayahan son mənzilə yola salınıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ilə vida mərasimi bu gün Camal Rəşid Rey salonunda keçirilib.
Mərasimə sənətçinin yaxınları, dostları və həmkarları qatılıblar. Vida mərasimindən sonra Kayahanın cənazəsi Teşvikiye Məscidinə aparılıb. Məsciddə cənazə namazı qılınıb. Sonra Kayahan Kanlıca qəbiristanlığında dəfn olunub.
Sənətkarın ailəsi dəfnə çələng göndərmək istəyənlərə bunun əvəzinə Mehmetçik Vəqfinə (Hərbi Fond) yardım etmələrini xahiş edib.
Qeyd edək ki, Kayahan xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 66 yaşında vəfat edib.
Son xəbərlər
09:23
Sobyanin: Moskva üzərində 250 PUA vurulub
Region09:22
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Energetika09:07
UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq
Futbol09:00
Lənkəranda avtomobil dərəyə aşıb, sürücü ölüb
Hadisə09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.08.2026)
Maliyyə08:58
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (20.08.2026)
Maliyyə08:47
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək
Biznes08:44
ABŞ hipersəs raketlərin hazırlanmasına 1 milyard dollardan çox sərmayə ayıracaq
Digər ölkələr08:29