"This is America" "Grammy" versiyasi üzrə ilin mahnısı seçilib - VİDEO

Şou-biznes
  • 11 fevral, 2019
  • 03:31
This is America Grammy versiyasi üzrə ilin mahnısı seçilib - VİDEO

Bakı. 11 fevral. REPORT.AZ/ Amerikalı "Childish Gambino" (adı Donald Qlover) tərəfindən ifa olunan "This is America" bəstəsi "İlin mahnısı" nominasiyasında "Grammy" musiqi mükafatına layiq görülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, bazar günü Los-Ancelesdə (Kaliforniya ştatı) keçirilən və CBS telekanalı vasitəsi ilə yayımlanan mükafatın təqdimetmə mərasimində elan olunub.

"İlin mahnısı" nominasiyasında mükafat bəstənin müəllifinə verilir. Bu, Qloverlə yanaşı, isçeçli bəstəkar Lüdviq Görensen və amerikalı daha çox Yanq Taq kimi tanınan Ceffri Lamar Uilyamsdır.

"This is America" "Grammy" versiyasi üzrə ilin mahnısı seçilib - VİDEO

44 filmi