Vətən müharibəsinin 31 nəfər iştirakçısına əlilliyin təyinatı aparılıb

Sosial müdafiə
  • 03 fevral, 2021
  • 07:59
Vətən müharibəsinin 31 nəfər iştirakçısına əlilliyin təyinatı aparılıb

Bu günə qədər Vətən müharibəsinin 31 nəfər iştirakçısına əlilliyin təyinatı aparılıb.

"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bugün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyədək agentliyin nəzdindəki müvafiq işçi qrupun üzvləri 3000-dək ailəni ziyarət edib: "Onların 300-dən çoxunun səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib".

C.Əbbül-Qədirov bildirib ki, əlilliyin təyinatı aparılmış şəxslər 2-3 həftə ərzində reabilitasiya tədbirlərinə cəlb edilirlər.