Son 20 ildə Naxçıvanda insanların ömrü 10 ilə yaxın uzanıb

Sosial müdafiə
  • 30 aprel, 2016
  • 11:16
Son 20 ildə Naxçıvanda insanların ömrü 10 ilə yaxın uzanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında dünyaya gələn insanların doğulanda gözlənilən ömürü son 20 ildə 9 ildən çox uzanıb.

"Report" Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il Naxçıvanda doğulanlar arasında gözlənilən ömür uzunluğu 78,2 il olub. 1995-ci ildə bu rəqəm 69 il təşkil edib. 

2015-ci ildə doğulanda kişilərdə gözlənilən ömür uzunluğu 76,2 il, qadınlarda 80,2 ildir.

1995-ci ildə doğulanda kişilərdə gözlənilən ömür uzunluğu 65,3 il, qadınlarda isə 72,5 il kimi qeydə alınıb.  

44 - Tezliklə