Səttar Mehbalıyev: “Çoxsaylı iş yerlərinin ləğv edilməsi gərgin işə yol açır”

Sosial müdafiə
  • 29 mart, 2017
  • 07:16
Səttar Mehbalıyev: “Çoxsaylı iş yerlərinin ləğv edilməsi gərgin işə yol açır”
Report.az

Bakı. 29 mart. REPORT.AZ/ “Çoxsaylı iş yerlərinin ləğv edilməsi bir çox hallarda işçilər üçün gərgin iş şəraitinə yol açır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.

Onun sözlərinə görə, texnoloji inkişafa böyük maraq olsa da, işçilərin işlə təmin edilməsi, onların iş şəraitlərinin yaxşılaşdırılması, sosial müdafiəsi əsas vəzifə olmalıdır.

S.Mehbalıyev qeyd edib ki, layiqli iş yerlərinin yaradılması, sahibkarlıq, eləcə də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi əsas şərtdir: “Eyni zamanda, iqtisadi inkişafın ətraf mühitə mənfi təsir göstərməsinin qarşısı alınmalı, kişilərin, qadınların, gənclər və əlillərin tam və məhsuldar məşğulluqla, işlə təmin olunmalarına çalışılması, məcburi əməyin ləğv edilməsi, müasir quldarlığın, insan alverinin, uşaq əməyinin ən pis formalarının aradan qaldırılması lazımdır”.