​Səlim Müslümov Xızıda vətəndaş qəbulu keçirəcək

Sosial müdafiə
  • 19 aprel, 2016
  • 13:20
​Səlim Müslümov Xızıda vətəndaş qəbulu keçirəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin info@mlspp.gov.az elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

44 - Tezliklə