Şəhid ailələrinin və əlillərin kredit və borclarının ödənilməsi üçün xərclənən vəsait açıqlanıb 

Sosial müdafiə
  • 08 dekabr, 2022
  • 07:44
Şəhid ailələrinin və əlillərin kredit və borclarının ödənilməsi üçün xərclənən vəsait açıqlanıb 
Elvin Hüseynov

Şəhid ailə üzvləri və müharibə əlillərinin istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə indiyədək 6 milyon 772,4 min manat vəsait xərclənib.

"Report" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, bu istiqamətlər üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə, 2 198 müraciət təmin edilib: "Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat borc ləğv edilib".

44 filmi