Sabah Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Sosial müdafiə
  • 03 oktyabr, 2018
  • 14:56
Sabah Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Sabah Bakının Xətai rayonunun bir hissəsində suyun verilişində fasilə yaranacaq.

Bu barədə "Report"a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Bakı şəhərinin Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 4-ü gün ərzində Xətai rayonunun A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.