Sabah Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası keçiriləcək

Sosial müdafiə
  • 29 oktyabr, 2018
  • 08:37
Sabah Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının 21-ci iclası keçiriləcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 21-ci iclası keçiriləcək.

"Report" xəbər verir ki, tədbir oktyabr ayının 30-da olacaq.

Toplantıda AOA-nun üzvü olan xarici ölkələrin ombudsmanları, dövlət qurumlarının və KİV-lərin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 2003-cü ildən AOA-nun üzvüdür və 2015-ci ilin noyabr ayında növbəti dörd il üçün həmin assosiasiyanın vitse-prezidenti seçilib.

44 filmi