Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

Sosial müdafiə
  • 19 yanvar, 2018
  • 12:22
Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək
Report

Bakı. 19 yanvar. REPORT.AZ/ 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 21-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.