Mürsəl Rüstəmov: Azad olunmuş ərazilərdə əməyin mühafizəsinə ciddi diqqət yetirilir
- 08 sentyabr, 2026
- 14:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azad olunmuş ərazilərdə əməyin mühafizəsinə ciddi diqqət yetirilir.
Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi publik Hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov bildirib.
O qeyd edib ki, bu il azad olunmuş ərazilərdə əməyin mühafizəsi ilə bağlı keçirilən tədbirlər kifayət qədər faydalı olub:
"Xocalıda fəaliyyət göstərən "Qarabağ Tekstil Evi"ndə bu işlər yüksək səviyyədə təşkil olunduğöu üçün "Nümunəvi müəssisə" statusuna layiq görülüb. Burada əməyin mühafizəsi qaydalarının tətbiqi və sağlam iş şəraitinin yaradılması üçün birlikdə fəaliyyət göstərmişik. Əmək Müfətişliyi olaraq, bu istiqamətdə işləri davam etdirəcəyik".