Növbəti il 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur

Sosial müdafiə
  • 05 noyabr, 2025
  • 11:38
Növbəti il 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur
Anar Əliyev

Növbəti ildə İcbari Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin birgə iclasında bildirib.

O qeyd edib ki, bu çərçivədə vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə yeni zərfin tətbiqinə başlanılacaq:

"2026-cı ildə işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi məqsədilə 17 min 500-ə yaxın müdavimin bu prosesə cəlb olunması istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur. Təlim prosesinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, eləcə də özəl tədris müəssisələri tərəfindən reallaşdırılması planlaşdırılır".

Nazir qeyd edib ki, gələn il 100 yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və 135 peşə və kvalifikasiya standartlarının yenilənməsi həyata keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti