Nazir müavini: Ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır

Sosial müdafiə
  • 03 iyun, 2024
  • 07:28
Nazir müavini: Ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır

Bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir:

“Bu gün kvota iş yerlərində 25 minə şəxsin məşğulluğu təmin olunub. Təklif olunan dəyişiklik kvotadan əlavə iş yerlərinin proqramı ilə bağlıdır”.

O qeyd edib ki, məqsədli proqramlara qoşulmaq istəyən işəgötürənlər üçün müsabiqə elan olunacaq: "Əsas üstünlük müəyyən edilmiş tarixlərdə işçilərinin sayını azaltmayan, iş yerlərini ixtisar etməyən işəgötürənlərə veriləcək. İşəgötürənlərlə Dövlət Məşğulluq Agentliyi arasında 3 illik, işçilərlə isə 2 illik müddətə müqavilə imzalanacaq. Proqramın da mahiyyəti işsizlikdən sığorta vəsaiti hesabına işəgötürənlərə yeni işlərini açmaq üçün dəstəyin verilməsidir".

44 filmi