Nazir müavini: "İşsizlikdən sığorta üzrə ödənişlərin toplanmasını DSMF həyata keçirəcək"

Sosial müdafiə
  • 08 avqust, 2017
  • 08:49
Nazir müavini: İşsizlikdən sığorta üzrə ödənişlərin toplanmasını DSMF həyata keçirəcək
Report.az

Bakı. 8 avqust. REPORT.AZ/ "İşsizlikdən sığorta üzrə ödənişlərin toplanmasını Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək".

"Report" xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i nazirinin müavini İ­dris İsayev deyib.

O bildirib ki, həmin vəsaitlər hesabına aktiv məşğulluq tədbirləri həyata keçiriləcək: "Həmin vəsaitin müəyyən hissəsi öznəməşğulluq tədbirlərinə və digər passiv və aktiv məşğulluq tədbirlərinə xərclənəcək".

Nazir müavini qeyd edib ki, işləyən şəxslər də məşğulluq xidmətinə müraciət edə bilər: "Qeyd olunan şəxslərin ixtisasartırmadan və özünəməşğulluq tədbirlərindən istifadəsi mümkündür".

44 filmi