Nazir: "İş yerlərində əlilliyi olan şəxslərə ayrılan kvotalara əməl olunmur"

Sosial müdafiə
  • 04 dekabr, 2018
  • 08:27
Nazir: İş yerlərində əlilliyi olan şəxslərə ayrılan kvotalara əməl olunmur
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Report/ Elchin Murad

Bakı. 4 dekabr. REPORT.AZ/ "Əlilliyi olan şəxsləri işdən, işləməkdən kənarda tutmaq olmaz".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslərə iş imkanı yaratmaq lazımdır: "Hazırda ölkədə əlilliyi olan şəxslərə ayrılan kvotalara, demək olar, əməl olunmur. Nazirlik olaraq çalışırıq ki, gələn il kvotaların real sistemini yaradaq".

44 filmi