Nazir: "Hazırda 10 min ahıl şəxsə evində xidmət göstərilir”

Sosial müdafiə
  • 01 oktyabr, 2019
  • 08:47
Nazir: Hazırda 10 min ahıl şəxsə evində xidmət göstərilir”
Sahil Babayev
Report

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə 10 min ahıl şəxsə evində xidmət göstərilir. Pensiya yaşına çatmış şəxslər üçün günərzi qayğı mərkəzlər təsis olunur. Dövlətin bu sahədə siyasəti çoxşaxəlidir”.

"Report"un xəbərinə görə, bunu Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev xatırladıb ki, əmək pensiyaları 200 manata çatdırılıb, bu, 650 mindən çox pensiyaçını əhatə edir.

44 - Tezliklə