Müharibə əlillərinə 250 avtomobil veriləcək
Sosial müdafiə
- 20 avqust, 2020
- 10:18
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, qurum tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub.
İlin əvvəlindən onlardan artıq 150-si təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək.
Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir. Ümumilikdə indiyədək Nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6 900 avtomobil verilib.
Son xəbərlər
04:51
ABŞ-də baş verən atışmada beş nəfər ölüb
Digər ölkələr04:15
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib
Digər ölkələr03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39
Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
Region02:08
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Region01:53
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Region01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video