“CinemaPlus Ganjlik Mall” kinoteatrında Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib

Sosial müdafiə
  • 30 iyun, 2017
  • 17:58
“CinemaPlus Ganjlik Mall” kinoteatrında Leyla Əliyevanın iştirakı ilə uşaqlar üçün əyləncə proqramı təşkil edilib
Foto: Heydər Əliyev Fondu

Bakı. 30 iyun. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.

"Report" xəbər verir ki, “CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.

Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.

Uşaq evlərinin sakinləri 2017-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar formada dublyaj olunan “Spark. Bəşəri Qəhrəman” animasiya filmini “CinemaPlus Ganjlik Mall”da izləyiblər.