Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşdü

Sosial müdafiə
  • 14 fevral, 2020
  • 15:34
Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşdü

Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.

Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.