İşsizlikdən sığorta fondunun büdcəsi ikinci oxunuşda qəbul edilib
Sosial müdafiə
- 02 dekabr, 2025
- 15:56
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirədə qeyd edilib ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.
Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Son xəbərlər
12:07
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək
Daxili siyasət12:05
Özbəkistan 2027-ci ili "Preventiv diplomatiya ili" elan etməyi planlaşdırır
Region11:59
ADB Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
İnfrastruktur11:53
"İnter Mayami" Luis Suaresi komandada saxlamağı düşünür
Futbol11:47
Foto
Video
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
Daxili siyasət11:43
"Meydan TV" işi ilə bağlı həbs edilən şəxslərin məhkəməsi keçirilir
Hadisə11:43
ABŞ Ticarət Palatasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Energetika11:40
Tokayev dünya birliyini Xəzərin ekosisteminin dağılmasının qarşısını almaq səylərini dəstəkləməyə çağırıb
Region11:40
Foto
Video