Hicran Hüseynovanın Sumqayıtda vətəndaşlarla qəbulunun vaxtı dəyişdirilib

Sosial müdafiə
  • 17 avqust, 2015
  • 14:57
Hicran Hüseynovanın Sumqayıtda vətəndaşlarla qəbulunun vaxtı dəyişdirilib

Bakı. 17 avqust. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın avqustun 28-də Sumqayıt şəhərində keçiriləcək qəbulunun vaxtı dəyişdirilib. Bu barədə "Report"a Komitədən məlumat verilib.

Məlumata görə, Komitə sədrinin vətəndaşlarla görüşü avqustun 25-də keçiriləcək.

Qeyd edək ki, qəbulda Qubadlı, Sumqayıt, Abşeron, Şuşa, Zəngilan rayon sakinlərinin ərizə və şikayətlərinə baxılacaq.