Hicran Hüseynova: "Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının yaradılmasında çətinliklər vardı"
- 04 oktyabr, 2017
- 07:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 oktyabr. REPORT.AZ/ "Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının hazırlanmasında obyektiv və subyektiv səbəblərdən çətinliklər vardı".
"Report" xəbər verir ki, bunu Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, bununla bağlı xeyli araşdırmalar aparılıb: "Harada qadınların statusu daha güclüdür, onlar daha müstəqildir, təhsil və iqtisadi baxımdan səviyyəsi yüksəkdir. Həmin cəmiyyətlərdə məişət zorakılığı ilə bağlı problelər asanlıqla öz həllini tapır. Məlumat bankı gender, məişət zorakılığı ilə bağlı hansı bölgələrdə hansı problemlərin olduğunu müəyyən etməyə imkanı yaradacaq. Eyni zamanda, məişət zorakılığının dinamikasını izləməyə imkan verəcək".