Göyçayda könüllülər nümunəvi aksiya həyata keçiriblər
Sosial müdafiə
- 19 iyun, 2020
- 17:02
Göyçay rayonunda gənc könüllülər nümunəvi aksiya həyata keçiriblər.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri rayonda yerləşən Şəhidlər xiyabanını ziyarət edərək orada təmizlik aksiyası həyata keçiriblər.
Gənclər məzarların ətrafında təmizlik işləri aparmaqla səliqə-sahman yaradıblar: ağaclardan yerə tökülmüş quru budaqlar və yarpaqlar toplanıb, mərmər lövhələr yuyulub.
Könüllülər vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında bu kiçik xidmətlərinin onlar üçün qürurverici olduğunu söyləyiblər. Onlar bu nümunəvi addımla vətəndaşları şəhidlərimizi daima yad etməyə və şəhid məzarlarının səliqəli saxlanılmasına qarşı diqqətli olmağa çağırıblar.
Son xəbərlər
00:33
Qurban Qurbanov: "Futbolçular "Tvente" ilə oyunda çox güc sərf etdilər"
Futbol00:11
Konqoda Eboladan ölənlərin sayı 2 476 nəfərə çatıb
Digər ölkələr23:53
Video
UEFA Konfrans Liqası: "Qarabağ" Niderlandda "Tvente"ni məğlub edib - YENİLƏNİB-4
Futbol23:44
UEFA və dünya konfederasiyaları İnfantinoya etimadsızlıq votumu irəli sürə bilər
Futbol23:43
Video
Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub
Futbol23:25
Serbiyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb
Digər ölkələr23:13
Peruda güclü zəlzələ baş verib
Digər ölkələr23:08
Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Avropa birinciliyində iki medal qazanıb
Fərdi23:04