Gənclər təşkilatı “Zorakılıqdan uzaq uşaqlıq” strategiyasına start verib
- 14 aprel, 2017
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 aprel. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNİCEF-in Azərbaycan ofisi və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Uşaqlar üçün Ədliyyə Mexanizmlərindən İstifadənin Dəstəklənməsi” layihəsi çərçivəsində Ağcabədi rayonunda “Zorakılıqdan uzaq uşaqlıq” adlı strategiyaya start verib.
Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Strategiya çərçivəsində məişət zorakılğı hallarının aradan qaldırılmasına dəstək məqsədilə ARİH, rayon Təhsil və Polis şöbələri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının yerli əməkdaşlığı ilə maarifləndirmə tədbirləri həyata keçirilib.
Tədbirdə rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili qrupunun inspektoru baş leytenant Taleh Abbasov, rayon Təhsil Şöbəsinin əməkdaşı Ədalət Mamedov,YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev, məktəb direktoru Səadət Kazımova iştirak ediblər.
GTM Qarabağ ofisinin rəhbəri,layihənin koordinatoru Radə Telmanqızı çıxış edərək strategiya haqqında tədbir iştirakçılarına ərtaflı məlumat verdikdən sonra, mərkəz tərəfindən həyata keçirilən bütün xidmətləri onların diqqətinə çatdırıb.
Tədbirin yekununda layihə çərçivəsində çəkilmiş “Həbsdən kənar” filmi nümayiş olunub.