FHN Gəncədə şəhid övladları üçün "Açıq qapı" günü keçirib

Sosial müdafiə
  • 01 iyun, 2026
  • 12:37
FHN Gəncədə şəhid övladları üçün Açıq qapı günü keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə şəhid övladları üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Açıq qapı" günü keçirib.

"Report"un Qərb bürosu xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

"Açıq qapı" günündə uşaqlara FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.