Əməyin mühafizəsi sahəsində İƏT-ə üzv dövlətlərdə müvafiq layihələr hazırlanır

Sosial müdafiə
  • 23 sentyabr, 2025
  • 11:42
Əməyin mühafizəsi sahəsində İƏT-ə üzv dövlətlərdə müvafiq layihələr hazırlanır
Azər Bayramov

Əməyin mühafizəsi sahəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə müvafiq layihələr hazırlanır.

"Report" xəbər verir ki, bunu Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov Bakıda keçirilən Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Pakistan, Maldiv adaları öndəgedən və ən çox səy göstərən ölkələrdəndir:

"Əməyin mühafizəsi əsas insan hüquqlarından biridir. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır. Bununla bağlı tez-tez təlimlər təşkil edirik. İƏT-ə üzv dövlətlər də dəstəyini əsirgəmir. Gələcəyə çox nikbin baxırıq. 2026-2028-ci illərdə əmək, məşğulluq, insan kapitalı, sosial müdafiə üzrə fərqli ölkələrin tələblərinə uyğun layihə və planlarımız var".

Son xəbərlər

Bütün Xəbər Lenti