Dövlət Miqrasiya Xidməti Şirvan və Salyanda “Açıq qapı günü” keçirəcək

Sosial müdafiə
  • 18 noyabr, 2016
  • 13:15
Dövlət Miqrasiya Xidməti Şirvan və Salyanda “Açıq qapı günü” keçirəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti tərəfindən noyabrın 24-də Şirvan regional miqrasiya idarəsinin əhatə etdiyi Salyanda və elə həmin gün saat 15.00-da Neftçalada “Açıq qapı günü” - vətəndaş forumu keçiriləcək.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Salyanda saat 11.00-da baş tutacaq tədbir çərçivəsində miqrasiya məsələləri üzrə vətəndaşların təklif və rəylərinin qəbulu, müzakirələrin təşkili, vətəndaşları maraqlandıran sualların cavablandırılması planlaşdırılıb.

44 - Tezliklə