DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Günü qeyd olunub

Sosial müdafiə
  • 04 noyabr, 2022
  • 15:30
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Zəfər Günü qeyd olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 8 Noyabr - Zəfər Günü və Mərkəzin yaradılmasının bir illiyinə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, müharibə veteranları, incəsənət xadimləri iştirak ediblər.

İştirakçılar, ilk növbədə, Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Onlara “Xarıbülbül” döş nişanları təqdim edilib.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib. 44 günlük qəhrəmanlıq salnaməmizin zirvəsi olan 8 Noyabr - Zəfər Gününün xalqımız üçün sonsuz qürur mənbəyi olduğunu bildirib. Nazir həmçinin dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri barədə məlumat verib.