Dənizkənarı Milli Parkın ərazisndə üç yeni karusel istifadəyə verilib

Sosial müdafiə
  • 19 aprel, 2016
  • 08:16
Dənizkənarı Milli Parkın ərazisndə üç yeni karusel istifadəyə verilib

Bakı. 19 aprel. REPORT.AZ/ Dənizkənarı Milli Parkın ərazisində - Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında yerləşən və keçən il sökülən köhnə "Şeytan çarxı"nın yerində quraşdırlan yeni karusellər istifadəyə verilib.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, köhnə "Şeytan çarxı"nın yerində uşaqlar üçün 3 ədəd kiçik karusel quraşdırılıb.