Bütün sosial ödənişlər sentyabrın 26-da ödəniləcək

Sosial müdafiə
  • 22 sentyabr, 2023
  • 13:18
Bütün sosial ödənişlər sentyabrın 26-da ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsini nəzərdə tutub.

"Report" xəbər verir ki, bu barədə Fond məlumat yayıb.