Bu ilin 8 ayı ərzində azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair 73 tədbir keçirilib

Sosial müdafiə
  • 08 sentyabr, 2026
  • 11:19
Bu ilin 8 ayı ərzində azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair 73 tədbir keçirilib

Cari ilin 8 ayı ərzində azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair keçirilən 73 tədbirdə 226 işəgötürən və 2800-dən çox işçi iştirak edib.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Solmaz Aydəmir rayona təşkil olunan mediatur çərçivəsində jurnalsitlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, keçirilən tədbirlərlə müəssisələrdə əmək qanunvericiliyinin əsas tələblərindən irəli gələn yeni dövlət standartlarının tətbiqi, əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışmasının təmin olunması, həmçinin mina təhlükəsizliyi qaydaları barədə məlumat verilib.

44 - Tezliklə