Bu ilin 5 ayında DSMF-nin xərcləri 10 %-dən çox artıb

Sosial müdafiə
  • 22 iyun, 2026
  • 10:51
Bu ilin 5 ayında DSMF-nin xərcləri 10 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 316,3 milyon manat və ya 10,1 % artıb.

Bu barədə "Report"a DSMF-dən məlumat verilib.

Bildirilib ki, xərclərin 96,9 %-ni əhaliyə ödənişlər təşkil edib.