Bakıda işçilərin sayı və əməkhaqlarının məbləği açıqlanıb
Sosial müdafiə
- 06 mart, 2019
- 08:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ Bakı şəhərində işçilərin sayı və əməkhaqlarının məbləği açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2018-ci ilin yanvar-dekabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 982 nəfər artıb. Bununla da işçilərin sayı 718 882 nəfərə çatıb.
Eyni zamanda əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,3 faiz artaraq 788,1 manat olub.
| 2018-ci ilin yanvar-dekabr aylarında muzdlu işçilərin sayı (nəfər) | 2018-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı (manat) | |
| Bakı şəhəri - cəmi | 718 882 | 788,1 |
| o cümlədən rayonlar: | ||
| Binəqədi | 47 092 | 453,9 |
| Xətai | 62 460 | 779,8 |
| Xəzər | 30 211 | 725,4 |
| Qaradağ | 25 000 | 1 041,7 |
| Nərimanov | 70 470 | 525,2 |
| Nəsimi | 164 244 | 656,6 |
| Nizami | 45 282 | 651,5 |
| Pirallahı | 8 118 | 1 476,8 |
| Sabunçu | 27 646 | 507,6 |
| Səbail | 113 971 | 1 423,0 |
| Suraxanı | 18 821 | 577,4 |
| Yasamal | 105 567 | 698,8 |
Son xəbərlər
11:06
Keniya Azərbaycanda səfirlik açacaq
Xarici siyasət
11:06
Azərbaycan əhalisinin gəlirləri 10 % artıb
Maliyyə
11:05
Nizami rayonunda avtomobil körpüdən aşıb
Hadisə
11:04
Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb
Maliyyə
11:03
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dollara yaxındır
Maliyyə
11:03
Azərbaycanın dövlət büdcəsinin profisiti 5 milyard manata yaxınlaşıb
Maliyyə
11:02
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 10 %-ə yaxın artıb
Maliyyə
11:01
Azərbaycan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb
Maliyyə
11:00
Azərbaycanda gələn il təhsil xərclərinin gözlənilən strukturu məlum olub
Maliyyə