Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
Sosial müdafiə
- 08 aprel, 2022
- 07:59
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, bu il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın ikinci rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) da aprel ayının pensiyasının üzərinə əlavə olunub.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Son xəbərlər
00:11
Salyanda "TIR" avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə00:00
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Daxili siyasət00:00
Azərbaycanda Anım Günüdür
Qarabağ23:57
Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb
Xarici siyasət23:50
Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib
Region23:39
Tovuzda iki gənc qızı avtomobil vurub
Hadisə23:27
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
Digər ölkələr23:14
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
Region23:10