Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Sosial müdafiə
  • 15 oktyabr, 2015
  • 08:29
Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Bakı.15 oktyabr. REPORT.AZ/ Bu ilin 8 ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri 43,9 min nikah və 8,6 min boşanma halları qeydə alıb. 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayı 1,4-dən 1,3-ə qədər azalıb.