Azərbaycanda Prezident təqaüdünün məbləği 30 faiz artırılıb
Sosial müdafiə
- 11 oktyabr, 2016
- 14:36
Bakı. 11 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
"Report"un məlumatına görə, məqsəd ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsidir.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği bundan əvvəl 1 000 manat olub.
Son xəbərlər
22:11
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb
Digər ölkələr22:00
Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Xarici siyasət21:54
Foto
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - YENİLƏNİB
Futbol21:53
ABŞ Serbiya ilə strateji tərəfdaşlığı dərinləşdirmək istəyir
Digər ölkələr21:50
"Politico": ABŞ dizel ixracına 90 günlük qadağa hazırlayır
Digər ölkələr21:44
Video
"Euronews" Azərbaycan musiqisinə həsr olunmuş süjet yayımlayıb
Mədəniyyət siyasəti21:30
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşüb
Region21:25
Foto
Azərbaycanın usta cüdoçuları dünya çempionatında çıxışlarını başa vurublar
Komanda21:21