"ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək
Sosial müdafiə
- 30 dekabr, 2015
- 10:26
Bakı. 30 dekabr. REPORT.AZ/ "ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən “Report”a verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində sabahdan yanvar ayının 4-nə qədər qeyri-iş günü olacaq.
Məlumata görə, yanvarın 5-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.
Son xəbərlər
22:22
Dmanisinin azərbaycanlı idmançıları Türkiyədə beynəlxalq yarışda uğur qazanıblar
Fərdi22:08
FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb
Hadisə21:54
"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazanıb
Futbol21:36
"Neftçi" futbolçu İmad Farajın Tunisin "Esperans" klubuna keçdiyini açıqlayıb
Futbol21:29
Premyer Liqa: "Turan Tovuz" mövsümün açılış oyununda qələbə qazanıb
Futbol21:06
Qubada zəlzələ qeydə alınıb
Hadisə20:51
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Digər ölkələr20:48
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb
Elm və təhsil20:34