Agentlik rəhbəri: Son beş ildə vətəndaşlara 550 mindən çox müxtəlif sosial xidmətlər göstərilib

Sosial müdafiə
  • 30 iyun, 2025
  • 11:06
Agentlik rəhbəri: Son beş ildə vətəndaşlara 550 mindən çox müxtəlif sosial xidmətlər göstərilib
Vüqar Behbudov

Son beş ildə vətəndaşlara 550 mindən çox müxtəlif sosial xidmətlər göstərilib.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (əəsmn) tabeliyində Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün davamlı işlər həyata keçirilir.

V.Behbudov qeyd edib ki, bu günədək sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara 16 minədək mənzil verilib:

"Postmüharibə dövründə 576 müharibə əlilinə avtomobil verilib, 7 min 800 imtiyazlı şəxs avtomobillə təmin olunub".

44 - Tezliklə