Adil Rəhimli: Prioritetlərimizdən biri əməyin mühafizəsi üzrə maarifləndirici tədbirlərin təşkilidir
- 08 sentyabr, 2026
- 14:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Əsas prioritet məsələlərdən biri əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlərin keçirilməsidir.
Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Adil Rəhimli deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə yaradılan yeni müəssisələrdə əməyin mühafizəsinin təşkilinə xüsusi diqqət yetirilməlidir:
"Bu ərazilərdə yeni iş yerlərin açılması çox sevindirici haldır. Bununla yanaşı, iş yerlərində sağlam və təhlükəsiz şəraitin təmin edilməsi də xüsusi diqqət tələb edən məsələdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməyin mühafizəsini təkmilləşdirilməsi sahəsində Böyük Britaniyanın Əməyin təhlükəsizliyi sahəsində ixtisaslaşmış institutlarının İOSH təhlükəsizliyi idarəetmə modulu tətbiq edilib. Konfederasiyanın tərkibindəki əmək və sosial münasibətlər akademiyasında həmin modul üzrə kurslarımız təşkil olunur. Bu sahədə ixtisaslaşmaq istəyən vətəndaşlar imkandan yararlanaraq beynəlxalq sertifikat əldə edə bilirlər".