​HAARETZ: "İsrailin gələcəkdə ən etibarlı müttəfiqi Ermənistan deyil, Azərbaycan olacaq"

Siyasət
  • 30 oktyabr, 2014
  • 07:16
​HAARETZ: İsrailin gələcəkdə ən etibarlı müttəfiqi Ermənistan deyil, Azərbaycan olacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Ermənistan anti-semitizm siyasətini davam etdirdikcə İsrail dövlətinin ən yaxın müttəfiqi Ermənistan deyil, Azərbaycan olacaq". "Report"un məlumatına görə bu fikirlər İsrailin məşhur www.haaretz.com saytında yer alıb.

Sayt israilli məşhur tarixçi, professor Yair Auronun "İsrail Azərbaycana silah satmamalıdır" fikirlərinin əsassız olduğunu, onun "İsrail genosidi" ilə qondarma erməni soyqırımının eyni tutmasının yanlış olduğunu açıqlayıb.

Azərbaycanla Ermənistanın müqayisə edildiyi məqalədə rəsmi Bakının 1991-ci ildən İsraillə sıx əməkdaşlıq etdiyi, İsraildə istehlak edilən neftin 40%-nin Azərbaycan nefti ilə təmin edildiyini, amma rəsmi İrəvanın isə "İran mollaları" ilə sıx təmasda olduğu qeyd edilib:

"Ermənistanın apardığı millətçilik və irqçilik siyasəti faktiki olaraq onu monoetnik ölkəyə çevirib.1970-1980-ci illərdə Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu (ASALA) Livanda Fələstin gücləri ilə eyni bazada təlim gördülər və İsrailə qarşı birgə döyüşdülər. Onlar 1972-ci ilin sentyabrında Münhen Olimpiya Oyunları vaxtı terror aktı həyata keçirdilər".

Məqalədə, həmçinin vaxtilə qəhrəman hesab edilən Drastamat Kanayanın, əslində Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğu və onun İsrailə çox böyük ziyan vurduğu qeyd edilib.