Sumqayıt Kimya Sənaye Parkının və 2 sənaye məhəlləsinin bəzi rezidentləri adlarını dəyişib
- 10 iyul, 2023
- 13:57
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının və 2 sənaye məhəlləsinin bir neçə rezidenti adlarını dəyişib.
Bu barədə “Report”a agentlikdən bildirilib.
Məlumata görə, Sumqayıtda fəaliyyət göstərən “Aqrokimya Azərbaycan” MMC adını “Agro-Tech Solutions”a dəyişdirib. Müəssisədə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edilir.
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti "LV Shipping Caspian" MMC adını "Eco Logistics"ə dəyişdirib. Müəssisə sənaye tullantılarının utilizasiyası ilə məşğul olacaq.
Masallı Sənaye Məhəlləsinin rezidenti “SADIQ 06” MMC isə adını “Masallı tütün”ə dəyişdirib. Müəssisədə tütünün qurudulması və emalı həyata keçiriləcək.