Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb
- 26 noyabr, 2024
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC ilk dəfə qəlbli keramik plitələrin istehsalına başlayıb.
“Report” agentliyə istinadən xəbər verir ki, hazırda qəlbli keramik plitələr (sürüşməyən keramoqranit) 3 ölçüdə (60x60 sm, 60x120 sm, 30x60 sm) istehsalı həyata keçirilir. İstehsal olunan məhsullar əsasən evlərin çöl sahələrində istifadə edilir.
Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” 2023-cü ilin oktyabrında fəaliyyətə başlayıb. İndiyə qədər müəssisə dəyəri 60 milyon manatdan çox olan məhsul satıb, bunun da 1,85 milyon manatlıq hissəsi ixracın payına düşüb. İstehsal olunan məhsullar Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac edilib.