Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını 4% azaldıb

Sənaye
  • 19 dekabr, 2020
  • 11:50
Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını 4% azaldıb

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti STDC MMC nizamnamə kapitalını 11 169 176 manat, yaxud 3,7 % azaldıb.

"Report" xəbər verir ki, şirkətin kapitalı 299 488 430 manatdan 288 319 254 manata düşüb.

Azalma təsisçilərdən birinin əmlakını geri götürməsi ilə bağlıdır.

Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.