Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk dəfə Yunanıstana ixraca başlayıb

Sənaye
  • 15 iyul, 2025
  • 15:36
Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilk dəfə Yunanıstana ixraca başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC ilk dəfə olaraq Yunanıstana iki başlı suvarma hidrantları ixrac edib.

"Report" agentliyə istinadən xəbər verir ki, şirkət bu ölkəyə birinci mərhələdə dəyəri 100 min manatdan çox məhsul göndərib.

"Azertexnolayn" 2013-cü ildə rezident kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, 25-dən çox ölkəyə ixrac edilir.