Sumqayıt Kimya Sənaye Parkının rezidenti fəaliyyətini genişləndirir

Sənaye
  • 25 oktyabr, 2021
  • 11:02
Sumqayıt Kimya Sənaye Parkının rezidenti fəaliyyətini genişləndirir

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “MST Engineering Services” MMC-yə Parkda daha bir obyekt tikməyə icazə alıb.

“Report” bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, söhbət Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 ünvanında inşa ediləcək sənaye-istehsalat binası və qurğusundan gedir. Sifarişin layihəçisi "Gentechs" MMC-dir.

Xatırladaq ki, “MST Engineering Services” 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə əli Qabil oğlu Hüseynzadədir. Şirkət 2016-cı il aprelin 29-dan Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

“MST Engineering Services” MMC ABŞ-ın “Parker Hannifin” şirkəti ilə birgə müxtəlif növ və çeşiddə aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələr istehsal edir.

44 - Tezliklə