Sahibkarlığın İnkişafı Fondu sənaye sektoruna 720 milyon manat kredit verib

Sənaye
  • 09 sentyabr, 2022
  • 10:26
Sahibkarlığın İnkişafı Fondu sənaye sektoruna 720 milyon manat kredit verib

Bu günə qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sənaye məhsullarının istehsalına və emalına xidmət edən 2 557 layihənin maliyyələşdirilməsinə 720,1 milyon manat güzəştli kredit verib.

"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

"Ötən il boya məhsullarının istehsalı ilə məşğul olan “Polisan Azərbaycan” MMC-yə Fond 100 min manat güzəştli kredit dəstəyi göstərib", - deyə o əlavə edib.