Saatlıda dövlətə məxsus pambıq zavodunun emal gücü kəsin artırılacaq

Sənaye
  • 28 oktyabr, 2021
  • 12:38
Saatlıda dövlətə məxsus pambıq zavodunun emal gücü kəsin artırılacaq

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı və Emalı Zavodunda təmir-bərpa və yenidənqurma işləri aparılır.

"Report" bu barədə ASK-ya istinadən xəbər verir.

Məlumata görə, zavoddakı köhnə, yararsız avadanlıqlar sökülərək, Türkiyənin “Tekmen” şirkətinə məxsus yeni, müasir avadanlıqlar ilə əvəzlənir. Bu avadanlıqların quraşdılılması üçün qardaş ölkədən mütəxəssislər dəvət olunub.

Bundan əlavə zavodun həyətində xam pambıq tayaları üçün dörd münasib yer tikilirək istifadəyə verilib. Xam pambıq tayalarının döşəməsi keyfiyyətli beton üzlük-təbəqə ilə əvəz olunub. Emal sexi avadanlıqların 70%-i ilə təchiz olunub. Yaxın günlərdə təmir-tikinti işləri yekunlaşdıqdan sonra yeni avadanlıqların quraşdırılması başlayacaq. Zavodun quruducu, təmizləyici, emal və mahlıc presləyici avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücünün 30 tondan 167 tona çatdırılması gözlənilir.

Zavod tam gücü ilə işə düşdükdən sonra Cəmiyyətin Salyan, Sabirabad və İmişli rayonlarındakı məntəqələrində tədarük olunmuş xammal həmin müəssisəyə qəbul olunaraq, emal ediləcək. Yenidənqurma işləri “Azərpambığ"ın ötən il əldə etdiyi mənfəət hesabına həyata keçirilir.

44 - Tezliklə