Qazaxıstan Azərbaycana taxıl satışı bazarında möhkəmlənmək niyyətindədir
Sənaye
- 28 sentyabr, 2015
- 02:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 sentyabr. REPORT.AZ/ Qazaxıstan Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və İranda olan ənənəvi taxıl satışı bazarlarında mövqelərini möhkəmləndirməkdə maraqlıdır.
"Report" Özbəkistanın "Vesti" portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Qazaxıstan perspektivli Avropa və Türkiyə bazarlarına taxıl ixracını artırmaqda maraqlıdır. Eyni zamanda, ölkə hazırda Avropa istiqamətində taxıl terminalları inşa etməyi planlaşdırmır.
Qazaxıstanda orta illik taxıl istehsalı son 10 ildə 17,4 milyon tona çatıb. Bu il 17,3 mln. ton taxıl əldə olunacağı proqnozlaşdırılır.
Son xəbərlər
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Maliyyə
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:44
Foto
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərdi
09:38
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Region
09:37
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
09:35
EHF Avropa Kuboku: "Kür" komandası bu gün cavab matçına çıxacaq
Komanda